31 mindən çox abituriyent ərizəsini təsdiqləyib
30 İyul, 14:28   |    Baxış sayı: 41

31 mindən çox abituriyent ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Diasporpress.az-a verilən məlumata görə, bu gün saat 11:35-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 8957, II ixtisas qrupu üzrə 7171, III ixtisas qrupu üzrə 9078, IV ixtisas qrupu üzrə 2498 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 3865 nəfərdir. 

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək. 
 
Diasporpress.az