6 ildə 317 əcnəbi narkotiklə tutulub - Dövlət Komissiyası
03 Avqust, 15:09   |    Baxış sayı: 66

6 ildə 317 əcnəbi narkotiklə tutulub - Dövlət Komissiyası

2018-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə 58 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Diasporpress.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub. 

Bildirilib ki, məsuliyyətə cəlb olunmuş xarici ölkə vətəndaşlarından 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Әcnəbilərin 39 nəfər İran İslam Respublikası, 10 nəfər Gürcüstan, 4 nəfər Rusiya, 2 nəfər Türkiyə, 2 nəfər Ukrayna, 1 nəfər isə Türkmənistan vətəndaşıdır.

Qeyd edək ki, son 6 ildə 317 nəfər xarici ölkə vətəndaşı Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətinə cəlb olunub. 
 
Diasporpress.az