ABŞ və Ermənistan arasında yüksək səviyyəli görüşlər tamamilə təxirə salınır
11 İyul, 17:25   |    Baxış sayı: 128

ABŞ və Ermənistan arasında yüksək səviyyəli görüşlər tamamilə təxirə salınır

Diasporpress.az xəbər verir ki, bu barədə Erməni Amerika Araşdırmaları Mərkəzinin məqaləsində bildirilib. 

Məqalədə qeyd olunur ki, qarşılıqlı münasibətlər yaradılarkən ABŞ bölgənin və xüsusilə də Ermənistanın özü üçün rolunu nəzərə alır.

"Xüsusilə Tramp kimi praqmatik və iş adamı ilə münasibət qurarkən ABŞ-ın birinciliyi şüarı yalnız şüar olaraq qalmır, reallıqda icra olunur. Məhz bu konsepsiyanın təsiri altında Tramp ABŞ tərəfindən dünyanın müxtəlif ölkələrinə ayrılan yardımların həcmini 50%-dək ixtisara salmağı qərara alıb. 

Qeyd edək ki, müstəqillik əldə etdikdən bugünədək Ermənistan ABŞ-dan 2 milyard dollaradək xarici yardım alıb. Lakin indi vəziyyət yalnız Ermənistanda deyil, həmçinin ABŞ-da da dəyişib. 2018-ci ildə baş verən inqilabdan sonra ABŞ 14 milyon dollar həcmində Ermənistan üçün maliyyə yardımının həcmini artırsa da, bu əsasən demokratik proseslərə və ümumi dəyərlərə dəstək məqsədilə edilən siyasi jest idi. 

ABŞ və Ermənistan arasında 2019-cu il mayın 9-da baş tutan Ermənistan-ABŞ strateji dialoq iclası və münasibətlərin müəyyən qədər yüksəlməsinə səbəb olub. ABŞ nümayəndə heyətinə dövlət katibinin köməkçisinin müavininin rəhbərlik etdiyi qeyd olunur. Bu dialoq zamanı ABŞ tərəfi ikitərəfli münasibətlərdə daha vacib siyasi məsələləri irəli çəksə də, Ermənistan tərəfinin ABŞ qarşısında hər hansı siyasi tələb qoyması çətin məsələdir”, - deyə mərkəz İrəvanın diplomatik baxımdan səbatsız olduğunu etiraf edir. 

Boltonun bölgə səfərinə toxunan mərkəz, bunun əsasən İran faktoru ilə əlaqədar olduğunu və bu çərçivədə rəsmi İrəvanın heç bir strategiyaya malik olmadığını diqqətə çatdırır: "ABŞ Ermənistan strateji dialoqundun səviyyəsinin artırılması və hansı məsələlərin qoyulduğunu təsəvvür etmək çətin deyil. Keçən il ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaza səfəri çərçivəsində hər 3 ölkə rəhbərliyi ilə görüşüb. 

Bolton keçirilən görüşlərdə bəyan edib ki, Azərbaycan və Gürcüstan ABŞ üçün strateji əhəmiyyəti olan, Ermənistanın isə mühüm prioritet kəsb edən ölkələrdəndir. Təsadüfi deyil ki, bu səfər ABŞ-İran münasibətlərinin gərginləşməsi mərhələsində baş verib. 

Ümumiyyətlə İranla münasibətlər, həmçinin sanksiyaların memarı məhz Boltonun ofisidir. Bolton isə İrana qarşı aparılan siyasətin "Vaşinqton qartalı” hesab olunur. Məlumdur ki, Boltonun bölgəyə səfəri ilk növbədə kəşfiyyat xarakteri daşıyırdı. Onun məqsədi İran ətrafında halqanın daraldılması imkanlarını nəzərdən keçirmək idi. 

Əlbəttə, Rusiya da eyni qaydada vacib əhəmiyyət kəsb edir, lakin bu məsələyə başqa bir vaxt toxunulacağı qeyd olunur. Ermənistan üçün iki əhəmiyyətli ölkə, ABŞ və İran arasında münasibətlərin kəskinləşməsi hər hansı şəkildə İrəvanın maraqlarına cavab vermir. Çox təəssüf ki, Ermənistanın heç bir dövlət orqanı vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyi halda atılacaq addımlara qarşı hazırlanmış strategiyaya malik deyil. 

Artıq Ermənistan-ABŞ siyasi münasibətlərində yüksək səviyyəli görüşlər tükənib. Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən Xarici İşlər naziri, Müdafiə naziri, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri və Təhlükəsizlik Şurasının katibi işgüzar səfərlə ABŞ-da olsalar da, eyni səviyyəli həmkarları ilə görüşlərə nail ola bilməyiblər. 

Keçən il ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyası tərəfindən Tramp-Paşinyan yüksək səviyyəli görüşünün təşkil edilməsinə cəhd edilsə də, təşkilatçılar sırasında Tramp siyasətinin fəal tənqidçisi olan konqresmenlərin- Adam Şif və Franks Palonun olduğunu nəzərə alaraq, görüşün iflasa uğrayacağını öncədən güman etmək olardı. 

Artıq qeyd edildiyi kimi, Ermənistan-ABŞ münasibətlərində bu yaxşı hal hesab oluna bilməz. Ona görə ki, 193 ölkə arasında Ermənistan ABŞ-la ticarət tərəfdaşlığı sıralamasında 170-ci yeri tutur. İndiki ABŞ administrasiyasının biznesyönümlü olduğunu nəzərə alaraq, məhz iqtisadi sahənin ABŞ-la münasibətlərdə mühüm rol oynaya biləcəyini qeyd etmək olardı. Lakin təəssüf ki, bu da baş vermədi. 

Nəhayət dərk etmək lazımdır ki, ABŞ daima yardım göstərən Ermənistan isə yardım alan rolunda ola bilməz”. (ordu.az)
 
Diasporpress.az