Ölkə

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildi

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirilib.

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 Dekabr 2019-cu il tarixində Yurtdışı Türklər ve Akraba Topluluqlar Başqanlığının mərkəzi qərargahında Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə AGAH – Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi Ictimai Birliyi tərəfindən icra olunan “Türkiyədəki azərbaycanlı gənclərin problemlərinin tədqiqi və diaspor fəaliyyətində iştirakının peşəkarlaşdırılmasına dair tədbirlər” layihəsi çərçivəsində və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş çox hissəli proqram təşkil edilib.

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Ankara Sağlıq və Sosyal Gelişim Enstitüsünün sponsorluğu əsasında ikincisi təşkil edilən “Kitab Həmrəylik Mənbəyidir” kitab müsabiqəsinin qaliblərinin də elan edildiyi və mükafatlandırıldığı proqrama Türkiyə Respublikasının 61. Hökumət Gənclər və İdman naziri Suat Kılıç, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, İstanbul Millət vəkili Şamil Ayrım, YTB Başkan yardımcısı Sait Yusuf, Türkiyə Prezident Administrasiyası Səhiyyə və Qida Siyasəti Şurasının üzvü Necdet Ünüvar, 23. Dönəm Adıyaman Millət vəkili Şevket Köse, 22. Dönem Sakarya Millət vəkili Recep Yıldırım, Ankara Sosyal Elmlər Universitetinin rektoru Prof.Dr. Mehmet Barca, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıç, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirlyinin 1. Katibi Elçin Allahverdiyev, Təhsil müşaviri Nəcibə Nəsibova və səfirliyin əməkdaşları, TAİB-in Baş katibi Aygün Əliyeva, ASSGE-nin rəhbəri Xatirə Həsənova, sivil toplum nümayəndələri, azərbaycanlı gənclər, diaspor fəalları iştirak ediblər.

Evsahibi qurum YTB-nin Sədr müavini Sait Yusufun salamlama nitqindən sonra tədbiri giriş sözü ilə açan AGAH sədri Təbriz Raufoğlu bütün iştirak edənlərə təşəkkürlərini bildirərək həmrəylik günü münasibəti ilə təşkil edilən proqramın kitab üzərindən həmrəylik mesajını hədəflədiyini, həmvətənlərimizi kitab üzərindən bir araya gətirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb. Təbriz Raufoğlu tanınmış azərbaycanlı dövlət və ictimai xadimlərdən sitatlar gətirərək fərqli görüş və fikirlərin bizləri ayırmaması gərəkdiyini, ümummilli məsələlərdə ortaq hərəkət etməyin lazımlılığını söyləyib. O əlavə edib ki, təəssüflər olsun ki, bu sahədə müəyyən çətinlikliklərlə qarşılaşmaqdadırlar və ona görə də adıçəkilən problemin fundamental həlli üçün kitablara üz tutubar.

Daha sonra bu ildən etibarən AGAH tərəfindən irəli sürülən və Birliyin fəaliyyətində effektiv iştirak, azərbaycanlı gənclərin problemləri ilə yaxından maraqlanmaq, Türkiyədə Azərbaycanla əlaqədar mövzularda həssalıq nümayiş etdirmək meyarları əsasında təşkilatın İdarə Heyətinin qərarı ilə verilən “İLİN AGAH”ları mükafatlarının təqdim edilməsinə keçildi.

Qurumun İH qərarı ilə T.C. 61. Hökumət Gənclər və İdman naziri Suat Kılıç “AGAH Bakan”, Şamil Ayrım, Necdet Ünüvar, Şevket Köse, Mahmut Göksu, Metin Gündoğdu, Yaşar Karadağ, Abdullah Çalışkan, İhsan Şener, Ayşe Türkmenoğlu “AGAH Millət vəkili”, Hülusi Kılıç “AGAH Səfir”, Mehmet Barca “AGAH rektor”, Nəcibə Nəsibova “AGAH müşavir”, Aygün Əliyeva və Xəzər Azərbaycan Xalq rəqsləri Dərnəyinin rəhbəri Gülçehre Sangu və Tarihdaş Milletler Topluluğu Birliyinin sədri Ahmet Baba “AGAH STK təmsilçisi”, Vüqar Abdullah və Xatirə Həsənova “AGAH İş adamı” mükafatları ilə təltif edilmişdir. Haccetepe Universitetinin Xarici Əlaqələr departamentinin məsləhətçisi Ramilə İbrahimova, Sahil Təhlükəsizlik Akademiyasının müəllimi Dr. Servet Avşar, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Elnur Xəlilova təşəkkür elan edildi.
Tədbir “Kitab Həmrəylik Mənbəyidir” müsabiqəsinin qaliblərini mükafatlandırılması mərasimi ilə davam edib. Müsabiqənin qaydalarına görə ictimaiyyətin rəyi (30 faiz) və peşəkar münsifin dəyərləndirməsi (70 faiz) əsasında ilk 3 yerin sahibləri müəyyənləşdirilib. Belə ki, müsabiqədə 1. yerə Haluk Tatarın “Zafer Sızlanarak Kazanılmaz” kitabı ilə Cavidan İsmayılzadə, 2. yerə İlbər Ortaylının “Bir Ömür Nasıl Yaşanır” kitabı ilə Emin Yadigarov, 3. yerə isə Laurent Gounellenin “Tanrı Daima Tedbil-i Kıyafet Gezer” kitabı ilə Həvva Məmmədova layiq layiq görülüb. Müsabiqənin şərtlərinə görə, Cavidan İsmayılzadə 750 Türk Lirəsi dəyərində kitab kuponu ilə, Emin Yadigarov 500 Türk Lirəsi dəyərində kitab kuponu ilə, Həvva Məmmədova isə 250 Türk Lirəsi dəyərində kitab kuponu ilə mükafatlandırılıb. Qeyd edək ki, birinci yerin mükafatını TAİB, 2. yerin mükafatını ASSGE və 3. yerin mükafatını isə AGAH qarşılayıb.

Sonda “Kitab Lotoreyası” keçirilərək qalib gələn bir nəfər iştirakçıya 100 tl dəyərində kitab kuponu hədiyyə edilib.

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildi

 

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildi

 

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildi

 

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildi

 

AGAH tərəfindən Fondun dəstəyi ilə Ankarada çoxhissəli tədbir keçirildi