Alyans sədri Koronavirusla Mübarizəyə Dəstək Fondununa ianə köçürüb
25 Mart, 12:57   |    Baxış sayı: 617

Alyans sədri Koronavirusla Mübarizəyə Dəstək Fondununa ianə köçürüb

DiasporPress.az xəbər verir ki, Koronavirus pandemiyası bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.

Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizdən kənarda yaşayan həmvətənlətimiz də həmrəylik nümayiş etdirirlər.

Ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşımız - Ukraynanın nüfuzlu Beynəlxalq təşkilatı olan Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə  yaradılmış Fonda vəsait köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.

Diasporpress.az