AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının növbəti uğuru
08 Avqust, 18:16   |    Baxış sayı: 80

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının növbəti uğuru

Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin əməkdaşları biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü və biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilovun "Fındıq qabığından bioeksrakt” adlı ixtirasına dair iddia sənədi Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə göndərilib.

Mərkəzdən Diasporpress.az-a bildirilib ki, iddia sənədinin ekspertizası aparılıb və ixtiranın patent qabiliyyəti şərtlərinə uyğunluğu müəyyənləşdirilib. Patent haqqında sənədin "Sənaye mülkiyyəti bülletenində” dərc olunması tövsiyə edilib.

Fındıq qabığından alınan bioekstraktın tərkibi bioloji fəal maddələrlə yanaşı, orqanizm üçün tələb olunan həyati vacib mikro və makroelementlərlə zəngindir. Bioekstrakt bir sıra xəstəliklərin müalicə və profilaktikasında, həmçinin dadverici və yeyinti boyası kimi qənnadı və qida sənayesində geniş istifadə imkanlarına malikdir.

Hazırda əməkdaşlar patentin kommersiyalaşdırılması istiqamətində layihə hazırlayır və bioekstraktın sənaye miqyasında istehsalı üçün texnologiya üzərində işləyirlər.
 
Diasporpress.az