Ammanda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
16 Dekabr, 15:44   |    Baxış sayı: 214

Ammanda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

İordaniyanın paytaxtı Amman şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Paytaxtın Bədr rayonundakı Heydər Əliyev meydanında gerçəkləşdirilən tədbirdə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin əməkdaşları, onların ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri və ölkəmizdə təhsil almış iordaniyalı mütəxəssislər iştirak ediblər.
Mərasimdə çıxış edən səfirliyinin müşaviri Elnur Şahhüseynov ulu öndərin keçdiyi ömür yolu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verib, onun Azərbaycan-İordaniya münasibətlərinin inkişaf etdirilməsindəki müstəsna xidmətlərindən danışıb.
Sonda tədbir iştirakçıları Heydər Əliyev adına meydanda ağac əkib və xatirə lövhəsinin qarşısına gül dəstələri düzüblər.
 
Diasporpress.az