ARDNF valyuta satışını 11% artırıb
03 Sentyabr, 17:11   |    Baxış sayı: 116

ARDNF valyuta satışını 11% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 3 893,9 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Diasporpress.az ARNDF-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 383,1 mln dollar yaxud 10,91% çoxdur.

Səkkiz aylıq valyuta satışının 815,4 mln dolları avqust ayının payına düşüb. Bu isə ötən ilin avqust ayına nisbətən 81,7 mln dollar və yaxud 11,14% azdır.
 
Diasporpress.az