Avropa Komissiyası havanın çirklənməsinə görə Bolqarıstanı Avropa İttifaqı məhkəməsinə verir
30 İyul, 15:15   |    Baxış sayı: 41

Avropa Komissiyası havanın çirklənməsinə görə Bolqarıstanı Avropa İttifaqı məhkəməsinə verir

Avropa Komissiyası Bolqarıstanı havanın çirkli olması səbəbindən Avropa İttifaqı məhkəməsinə verir.

Diasporpress.az xəbər verir ki, bu barədə ətraf mühit, dəniz işləri və balıqçılıq üzrə Avropa komissarı Karmenu Vella bildirib.

Qeyd olunub ki, havanın kükürd dioksidi ilə çirklənmənin səviyyəsi ölkənin cənub-şərqində get-gedə artır. K.Vella vurğulayıb ki, Bolqarıstan Avropa İttifaqının standartlarına riayət etməlidir.

Qeyd edək ki, bu artıq Bolqarıstana qarşı havanın çirklənməsi ilə bağlı Avropa İttifaqı məhkəməsinə ünvanlanmış ikinci iddiadır.
 
Diasporpress.az