Azərbaycan cüdoçusu dünya çempionatında ermənini ipponla məğlub edib
26 Sentyabr, 12:38   |    Baxış sayı: 88

Azərbaycan cüdoçusu dünya çempionatında ermənini ipponla məğlub edib

Diasporpress.az-ın məlumatına görə, Süleymanov 66 kq çəki dərəcəsi üzrə 1/8 final qarşılaşmasında Styopa Darbinyanı məğlub edib. Qalibin müəyyənləşmədiyi əsas vaxt azərbaycanlı idmançının başından zədə alması ilə yadda qalıb. Süleymanov görüşü başı sarıqlı halda davam etdirib. O, qızıl xal bölümündə Darbinyanı ipponla yenərək, adını 1/4 finala yazdırıb.

Eyni nailiyyətə elə bu çəkidə Bakıda keçirilmiş Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi Turan Bayramov da imza atıb. Həm Bayramov, həm də Süleymanov 1/4 finalda qazaxıstanlı cüdoçularla - müvafiq olaraq, Nursultan Zayzaqaliyev və Marlen Adillə qarşılaşacaq.