Azərbaycan diasporu Odessada aztəminatlı ailələrə yardım göstərib
02 Aprel, 19:17   |    Baxış sayı: 654

Azərbaycan diasporu Odessada aztəminatlı ailələrə yardım göstərib

Covid-19 pandemiyası ilə mübarizə dövründə dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız xeyriyyəçilik missiyası həyata keçirir. Diaspor təşkilatları maddi sıxıntı ilə üzləşmiş insanlara yardım edir.

Bu günlərdə Ukrayna Azərbaycanlıları Gənclər Radası və Ukrayna Azərbaycanlılarının Kiyev şəhər təşkilatı birgə xeyriyyə tədbirlərinə start verib. Diaspor üzvlərimiz Odessadakı 25 aztəminatlı və çoxuşaqlı ailəyə ərzaq yardımı göstərib.

"Biz bu virusa qalib gələcəyik! Hər şey yaxşı olacaq!" devizi altında həyata keçirilən xeyriyyəçilik missiyasının Kiyev, Xarkov və Xerson şəhərlərində də davam etdirilməsi nəzərdə tutulur.
 
Diasporpress.az