Azərbaycan iqtisadiyyatı 2,4% artıb
15 İyul, 13:19   |    Baxış sayı: 67

Azərbaycan iqtisadiyyatı 2,4% artıb

Bu ilin birinci yarısında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 37 825,2 mln. manata çatıb, əhalinin hər nəfərinə düşən ÜDM isə 3 828,1 manata bərabər olub.

Diasporpress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM istehsalının 44,6%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9%-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3%, sənayedə 2,9%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5%, digər xidmət sahələrində 1,8% artıb, tikintidə isə 11,2% azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3%, qeyri neft-qaz sektorunda isə 3,2% artıb.
 
Diasporpress.az