Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR
23 Avqust, 17:28   |    Baxış sayı: 305

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib. 

Diasporpress.az xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqının və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin təşkilatçılğı ilə Azərbaycanın bir qrup QHT və Media təmsilçiləri Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərdədir. 

Rusiya Azərbaycanlıları İttifaqının Vitse prezidenti Elnur Hüseynov və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin də daxil olduğu nümayəndə heyəti Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edirlər. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Məhəmməd Peyğəmbərin adını daşıyacaq yeni məscid binasının açılışı baş tutub.  

Açılış mərasimndə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisi (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı və REAL TV-nin rəhbəri Mirşahin Ağayev, RİA-nın vitse prezidenti Elnur Hüseynov və ADİM sədri Toğrul Allahverdili iştirak ediblər.

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR
 
Diasporpress.az