Azərbaycanın QHT və media rəhbərləri Marneuli meri Zaur Darğallı ilə görüşüb
22 İyun, 15:58   |    Baxış sayı: 120

Azərbaycanın QHT və media rəhbərləri Marneuli meri Zaur Darğallı ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın QHT və media rəhbərləri Marneuli rayonuna səfər edib. 

Diasporpress.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allshverdili, Yeniçağ media qrupunun direktoru Aqil Ələsgər, Vətəninfo xəbər agentliyinin rəhbəri Nahid Canbaxışlı və Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının sədri Səbuhi Abbasov Marneuli meri Zaur Darğallı ilə görüşüb.

Qonaqlar Z.Darğallını mer vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə gələcək planları müzakirə ediblər.

Görüşdə Azərbaycanvə Gürcüstan əlaqələrinin inkişafında müstəsna xidmətlərinə görə Zaur Darğallıya Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən təşəkkürnamə təqdim edilib.

Azərbaycanın QHT və media rəhbərləri Marneuli meri Zaur Darğallı ilə görüşüb

Azərbaycanın QHT və media rəhbərləri Marneuli meri Zaur Darğallı ilə görüşüb

Azərbaycanın QHT və media rəhbərləri Marneuli meri Zaur Darğallı ilə görüşüb

Azərbaycanın QHT və media rəhbərləri Marneuli meri Zaur Darğallı ilə görüşüb



Diasporpress.az