Ölkə

Azərbaycanın Ukraynadakı yeni səfiri etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinə təqdim edib

Azərbaycanın Ukraynadakı yeni səfiri etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinə təqdim edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Elmira Axundova ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Vasili Bodnar səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin gələcəkdə səmərəli inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Ukrayna arasında enerji, iqtisadi, siyasi sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər, bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Elmira Axundova bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Ukrayna əməkdaşlığının memarı və qurucusudur. Ulu Öndərin istər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə, istərsə də ölkələrin müstəqilliyi dönəmində Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri böyük qürur hissi ilə xatırlanır. Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir.

Bu gün Azərbaycanın tarixi ərazisi olan Laçın rayonunun Ermənistan tərəfindən işğalından 28 il ötdüyünü xatırladan səfir Ukraynaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Elmira Axundova diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Sonra səfir etimadnaməsinin surətini nazir müavini Vasili Bodnara təqdim edib.

Vasili Bodnar səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.