Bakı Şəhər Baş Polis İdarəsindən YENİLİK
19 Avqust, 20:26   |    Baxış sayı: 62

Bakı Şəhər Baş Polis İdarəsindən YENİLİK

Bu gündən etibarən, Bakı Şəhər Baş Polis İdarəsinin "Facebook” səhifəsi fəaliyyətə başlayır. 

Diasporpress.az E-huquq.az-a istinadən xəbər verir ki, səhifənin yaradılmasında məqsəd Bakı Şəhər Baş Polis İdarəsinin, eləcə də tabeli polis orqanlarının fəaliyyətinə dair məlumatların daha operativ şəkildə əhaliyə, o cümlədən Kütləvi İnformasiya Vasitələrinə çatdırılmasını, həmçinin ictimaiyyəti maraqlandıran suallara, problemlərə və təkliflərə çevik reaksiya göstərilməsini təmin etməkdir. 

Səhifənin yaradılması ilə nəzərdə tutulur ki, paytaxt polisinin fəaliyyətinə dair informasiya təminatı sahəsində qeyri-dəqiqlik olmasın, polis-cəmiyyət əlaqələrində birbaşa əlaqə qurulsun, eyni zamanda paytaxt polisinin fəaliyyətinə dair əhalinin gerçək rəy və münasibətləri öyrənilərək, problemlərin həlli üçün aidiyyəti strukturlara çevik yönləndirmə təmin edilsin.
 
Diasporpress.az