Bakıda çoxdan gözlənilən “Grass Azərbaycan” mağazasının açılışı olub
02 Oktyabr, 11:25   |    Baxış sayı: 70

Bakıda çoxdan gözlənilən “Grass Azərbaycan” mağazasının açılışı olub

Diasporpress.az xəbər verir ki, açılış mərasimində "Grass Azərbaycan” şirkətinin direktoru Fikrət Məmmədov, Milli Məclisin deputatı Adil Əliyev, Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili, "Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, jurnalistlər, tanınmış ictimayyət xadimləri iştirak ediblər.

Məlumat verilib ki, "Grass” markası 16 il bundan əvvəl Rusiyada yaranıb. Artıq dünyanın 60-dan çox ölkəsində bu markanın məhsulları satılır. Keyfiyyətinə və qiymətinə, görə bu məhsullar dünyada ən çox bəyənilən məhsullardan sayılır.

"Grass Azərbaycan” şirkətinin direktoru Fikrət Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, təmsil etdiyi şirkət əvvəllər topdan və satış təmsilçisi kimi fəaliyyət göstərirdi. Artıq bu gündən Bakıda Nərimanov rayonunda "Grass Azərbaycan” şirkətinin yeni mağazası fəaliyyət göstərir. Bu mağazanı açmaqda əsas məqsəd şirkətin 700-dən çox məhsulunu müştərilərə əyani şəkildə göstərməkdir. Ona görə də bu mağaza vasitəsi ilə müştərilərə həm avadanlıqları həm də müxtəlif çeşidli olan məhsulları əyani şəkildə göstərmək mümkün olacaq.

Məhsullar əsasən bütün yuyucu, təmizləyici və dezninfeksiya sferasını əhatə edir. Bununla yanaşı avtomobillərin yuyucu, baxıcı, kimyəvi təmizlənməsi üçün lazım olacaq hər bir məhsul burada var. Həmçinin maye sabunlar, tibb ocaqları üçün xüsusi dezinfeksiya olunmuş mayelər,təmziləyici məhsullar var.

F.Məmmədov əlavə edib ki, "Grass” şirkətinin hazırda Bakıda bir dükanı fəaliyyət göstərir. Ölkənin şimal və cənubunda həmçinin Gəncə şəhərində nümayəndəlikləri var. Bakı şəhəri üzrə 8 satış təmsilçisi fəaliyyət göstərir. Yaxın vaxtlarda Sumqayıtda və Gəncədə yeni mağazalar açılacaq. Hazırda isə "Grass” markasının bütün məhsullarını həm sayt həm də sosial şəbəkələr vasitəsi ilə onlayn şəkildə sifariş etmək olar.