Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində işçi görüş keçirilir - VİDEO
10 İyul, 11:10   |    Baxış sayı: 155

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində işçi görüş keçirilir - VİDEO

NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir.
Müdafiə Nazirliyindən Diasporpress.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır. 

 

İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir. 

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib. 






Diasporpress.az