Bakıda “Yüksəliş” romanının təqdimatı keçirilib
09 Oktyabr, 16:27   |    Baxış sayı: 53

Bakıda “Yüksəliş” romanının təqdimatı keçirilib

Diasporpress.az xəbər verir ki, Bakıda azərbaycanlılarla yəhudilər arasında dostluğu özündə ehtiva edən "Yüksəliş” romanının təqdimatı keçirilib. Romanda iki dostun - azərbaycanlının və yəhudinin sədaqətindən, onların dostluq məhfumunu müqəddəs amil kimi qoruyub gələcək nəsillərə çatdırmalarından bəhs edilir.

Əsərdə təsvir olunan hadisələr İkinci Dünya müharibəsindən başlayaraq, müasir dövrümüzədək davam edir. Romanda Azərbaycanın təsvirinə, milli-mənəvi dəyərlərinə, multikulturalizm və tolerantlıq ənənələrinə geniş yer verilib.

Təqdimat mərasimində azərbaycanlı və israilli qonaqlar, dövlət və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əsərin müəllifləri Yalçın Nəbiyev və Elmira Haciyeva çıxış edərək bildiriblər ki, romanda yüksək mənəviyyatın, humanizmin, idealara sadiqliyin bütün şər qüvvələr üzərində qələbə çalması aktual mövzu kimi oxuculara təqdim olunur. Daha sonra çıxış edənlər CBC kanalının Müəllif verilişləri Departamentinin rəhbəri Lamiyə Vəzirova, "Azİz” təşkilatının Azərbaycan mədəniyyət mərkəzinin direktoru Yeganə Salman və digərləri müəllifləri təbrik edərək, "Yüksəliş” əsərini azərbaycan-yəhudi dostluq əlaqələrinin möhkəmləndirilməsinə yeni bir töhfə kimi dəyərləndiriblər.