“Barselona” pandemiyanın müflis etdiyi ilk klub ola bilər
28 Mart, 11:19   |    Baxış sayı: 1682

“Barselona” pandemiyanın müflis etdiyi ilk klub ola bilər

Koronavirus pandemiyasına görə İspaniyanın "Barselona” klubu müflis ola bilər.

"El Pais” nəşrinin məlumatına əsasən, belə bir bəyanatla Avropa Klubları Assosiasiyasının (ECA) martın 27-də keçirilən iclasında Almaniyadan olan top-menecerlərdən biri çıxış edib.

"Əgər planlaşdırılmayan nəsə baş versə, "Barselona” müflis olan ilk klub olacaq”, - deyə menecer bildirib.

Onun sözlərinə əsasən, koronavirus pandemiyası Kataloniya klubunun gəlirinə güclü təsir göstərib və əlavə edib ki, "Barselona” 140 milyon dollarlıq itki ilə üzləşə bilər.

Qeyd edək ki, klubun rəhbərliyi artıq iş gününün və əməkdaşların maaşlarının azaldıldığını elan edib.


Diasporpress.az