BDU-nin Qazax filialı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
03 Aprel, 11:14   |    Baxış sayı: 485

BDU-nin Qazax filialı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən könüllü ianə edilib. Filialın direktorluğunun qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 7500 manat məbləğində maliyyə vəsaiti köçürülüb.

Filialın Direktoru dosent Arif Sədi oğlu Rüstəmov koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edib.

 

Diasporpress.az