Biləsuvar sakini qarpızdan zəhərlənərək ölüb
11 İyul, 16:23   |    Baxış sayı: 26

Biləsuvar sakini qarpızdan zəhərlənərək ölüb

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub. 

Diasporpress.az-ın məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.
 
Diasporpress.az