Brüssel Kral İncəsənət Muzeyi yenidən öz qapılarını ziyarətçilərin üzünə açır
28 Avqust, 19:35   |    Baxış sayı: 87

Brüssel Kral İncəsənət Muzeyi yenidən öz qapılarını ziyarətçilərin üzünə açır

Brüssel Kral İncəsənət Muzeyi uzun sürən fasilədən sonra yenidən öz qapılarını ziyarətçilərin üzünə açır və kolleksiyasını onlara təqdim edir.

Diasporpress.az xəbər verir ki, yaşı 16-dan aşağı və 60-dan yuxarı olanlara muzeyə giriş pulsuzdur. İnternetdə yerləşdirilən elan bunu təsdiq edir.

Kral İncəsənət Muzeyi "Qocaman ustalar”, "Fin-de-Siècle” və "Maqritte” kimi bölmələr, habelə Tomas Leroyun sərgisi ilə tanış ola bilərlər.

Belçika paytaxtının sakinləri muzeyin açılışını çoxdan gözləyirdilər.
 
Diasporpress.az