21 May, 15:20   |    Baxış sayı: 70

"Canlı debat"da Fuad Abbasov müzakirəsi - Toğrul Allahverdili ilə Elçin Alıoğlu danışır

Bu gün musavat.com saytının Facebook və youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da Moskvada həbs olunan jurnalist Fuad Abbasov mövzusu müzakirə olunacaq.

Diaspora.az saytının rəhbəri Toğrul Allahverdili və tanınmış jurnalist Elçin Alıoğlu ilə jurnalistin həbsi, buna cəmiyyətdə olan reaksiya barədə danışacağıq. Canlı yayına F.Abbasovun vəkili Elman Paşayev də canlı telefon bağlantısı ilə qoşulacaq.

Saat 15.00-də başlanacaq bu müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.

Bunun üçün musavat.com-un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.

Youtubedəki səhifəmizin ünvanı: https://www.youtube.com/user/TVmusavat

Facebookdakı səhifəmizin ünvanı: https://www.facebook.com/NewMusavat/