Diasporumuz şəhid ailələrinə dəstək üçün kompaniya başlatdı –SƏNDƏ QOŞUL
30 Sentyabr, 10:56   |    Baxış sayı: 1503

Diasporumuz şəhid ailələrinə dəstək üçün kompaniya başlatdı –SƏNDƏ QOŞUL

Diasporpress.az xəbər verir ki, Amerikada yaşayan gənc soydaşımız Türyan Məmmədovun təşəbüsü ilə "Şəhid ailələrinə yardım” adlı sosial kompaniya başladılıb.

Kompaniyanın təşəbbüskarı Türyan Məmmodov Diasporpress.az-a açıqlamasında bildirib ki, kompaniyanın başladılmasından qısa zaman keçsə də artıq 105.000 ABŞ dollarından çox vəsait yığılıb. T.Məmmədovun sözlərinə görə, Facebook rəsmən 3% prosessinq xərcini bağışlamağa imtina etdi, amma buna baxmayaraq, şəffaflıq üçün kampaniyamıza Facebook üzərindən davam edəcəyik.

Növbəti mərhələlərdə atdığımız addımlarla sizi tanış etmək istərdim.

Bir neçə Azərbaycan bankı ilə danışıqlar aparırıq ki, ABŞ-dan məbləğin köçürülməsi zamanı komissiya tətbiq olunmasın.

Şəhid ailələrinin təyin olunması ilə məşğul olacaq qrup yaradırıq. Bu sahədə yardıma ehtiyacımız var. Yardımınızı əsirgəməyin.

Hər bir yardımın mənzil başına çatdırılmasında İSTƏNİLƏN insan iştirak edə bilər. Yetər ki, arzusunda olsun. 30 oktyabradək kampaniya nəzərdə tutulub,

Kampaniya bitdiyində Azərbaycan bankına köçürülmə haqqında qəbz və bütün sənədlər bu qrupda paylaşılacaq. Bütün köçürmələri, bağışları ancaq və ancaq sənədləşmə ilə həyata keçirib burada bölüşəcəyik.

Bütün bunlardan əlavə istənilən şəxs öz yardımını əsirgəməsin. Təkliflərinizi gözləyirik.

Lnkə daxil olaraq kompaniyada iştirak edə bilərsiniz.

https://www.facebook.com/donate/370629767643977/?fundraiser_source=external_url

 

Diasporpress.az