Dövlət Komitəsi ilə BMqT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
01 Aprel, 21:31   |    Baxış sayı: 196

Dövlət Komitəsi ilə BMqT arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

Dövlət Komitəsindən verilən məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Vladimir Qjorjiyev və nümayəndəliyin layihə koordinatoru Huayun KimDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

V.Qjorjiyev Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizi tanımağa başladığını deyib. Dövlət Komitəsinin sədri onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, yeni layihələr barədə təkliflər səslənib.