Dövlət Komitəsində Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının üzvləri ilə görüş keçirilib
20 Sentyabr, 12:32   |    Baxış sayı: 76

Dövlət Komitəsində Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının üzvləri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Britaniyalı Yəhudilər Şurasının Baş vitse-prezidenti və Beynəlxalq münasibətlər şöbəsinin müdiri xanım Şeila Gevolb, şöbənin əməkdaşları Marius Biskoff, Ben-Shaul İdon və Londondaki Vestminister Şəhər Bələdiyəsinin üzvü Murad Həsənlinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Görüşdə DİDK-nın son illər həyata keçirdiyi layihələr, xarici təşkilatlarla iş prinsipləri, Azərbaycanın yeni nəsil diasporu ilə əlaqələrin müasir platformalar üzərindən qurulması və s. barədə məlumat verilib.

Komitə sədri artıq iki ildir ki, həyata keçirilən Diaspor Gənclərinin Yay düşərgələri, xaricdəki həftəsonu Azərbaycan məktəbləri barədə də danışıb.

Azərbaycana səfərlərindən və buradakı müşahidələrindən məmnunluq ifadə edən qonaqlar ölkəmizdəki dini və milli tolerantlığı yüksək qiymətləndirib, bu cür fikir mübadilələrinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə müzakirələrin mütəmadi keçirilməsinin millətlər və dövətlərarası münasibətlərin möhkəmlənməsində əvəzsiz rol oynadığı diqqətə çatdırılıb.