Dövlət Komitəsinin sədri gürçü nazirlə görüşüb
02 Aprel, 21:33   |    Baxış sayı: 234

Dövlət Komitəsinin sədri gürçü nazirlə görüşüb

Aprelin 2-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb. 
 
DiasporPress.az xəbər verir ki, görüşdə nazir müavini Lia Qiqauri, vətəndaş bərabərliyi üzrə departamentin rəis müavini Eliso Lomidze, nazirin Kvemo-Kartli üzrə nümayəndəsi Ayaz Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev iştirak ediblər. 
 
Tərəflər iki qurum arasındakı mühüm məsələləri müzakirə edərək, qarşılıqlı fikir mübadiləsi aparıblar.