Əfqanıstanda prezident seçilir
28 Sentyabr, 15:15   |    Baxış sayı: 407

Əfqanıstanda prezident seçilir

"Tolo News”un verdiyi məlumata görə, seçki dairələri artıq açıq elan olunub.

Əfqanıstanın ali dövlət postuna 16 nəfər namizəddir.

Prezident kürsüsü uğrunda əsas mübarizənin 2014-cü ildə olduğu kimi Əşrəf Qani və icra hakimiyyətinin başçısı Abdulla Abdulla arasında gedəcəyi gözlənilir.

Seçkilərə 149 milyon dollar büdcə ayrıldığı bildirilir.

Qeyd edək ki, Əfqanıstanda səsvermə hüququna 18 yaşdan yuxarı vətəndaşlar malikdirlər. Seçki siyahılarında 9 milyondan artıq insan qeydiyyatdan keçirilib.