Fizuli Məmmədov Moskvada diaspor nümayəndələri ilə görüşüb
02 Aprel, 21:38   |    Baxış sayı: 162

Fizuli Məmmədov Moskvada diaspor nümayəndələri ilə görüşüb

DiasporPress.az xəbər verir ki, «Dünya Azərbaycanlıları İttifaqının» və «Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun» Prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə aprelin 2-də Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. 

Tədbiri «DAİ»-nın vitse-prezident Ceyhun Əliyev açdı. Ceyhun Əliyev bütün qonaqları salamlayarag sözü «DAİ» və «DAMF» Prezidenti Fizuli Məmmədova verdi. Fizuli Məmmədov təşkilatların fəaliyyəti haqqında məlumat verdi, düny Azərbaycan diasporlarının bir təşkilat altında birləştirmə istəyini bildirdi. 

Sonra söz Moskva azərbaycanlılarının yerli milli-mədəni koordinasiya şurasının sədri və Rusiyanın Dövlət Duması deputatının köməkçisi olan Əli Əli oglu Kazımova verildi. Əli Kazımov, öz növbəsində, təşkilatın fəaliyyətindən bəhs etdi və Füzuli Məmmədovun Azərbaycan diasporlarını bir təşkilatla birləşdirmək fikrini dəstəklədi. 

Toplantının ilk hissəsinin sonunda hüquqşünas-ekspert Nizami Bəşirov təşkilatın gələcək hüquqi fəaliyyətini dəstəkləyəcəyini bildirib.

Fizuli Məmmədov Moskvada diaspor nümayəndələri ilə görüşüb