Ölkə

Fizuli Məmmədov Moskvada xəsarət alan soydaşımızı əməliyyat etdirib – FOTOLAR

Fizuli Məmmədov Moskvada xəsarət alan soydaşımızı əməliyyat etdirib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycanlıları İttifaqı Moskvada əməkçi miqrant statusu ilə yaşayan və oktyabrın 30-da yıxılaraq ağır bədən xəsarəti alan Orxan Hüseynovun əməliyyat xərcləri üçün vəsait ayrıb. RAİ-nin yaydığı xəbərdə bildirilir ki, Moskva bazarlarında işləyən Orxan Hüseynovun qolundakı xəsarət çox ağır olduğundan və qanqren təhlükəsi yaratdığından rusiyalı həkimlər amputasiya haqqında qərar qəbul ediblər.

Hadisədən dərhal sonra Orxanla bərabər çalışan soydaşlarımız əməliyyat üçün müəyyən vəsait toplamağa başlayıblar. Lakin gərəkli vəsaiti toplamaq mümkün olmadığından Orxan Hüseynovun yaxınları Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədova müraciət ediblər. Fizuli Məmmədovun prosesə müdaxiləsindən sonra əməliyyat üçün vəsait ayrılıb və Orxan Hüseynovun daha keyfiyyətli tibb xidməti alması üçün ixtisaslaşmış xəstəxanaya köçürülüb. RAİ-dən verilən bilgiyə görə, noyabrın 1-dən həkimlər qolun amputasiyasız müalicəsi ilə bağlı son qərarı verəcəklər.