Fransa ABŞ-ın Zərifə sanksiya qərarını dəstəkləmir
02 Avqust, 11:50   |    Baxış sayı: 74

Fransa ABŞ-ın Zərifə sanksiya qərarını dəstəkləmir

ABŞ-ın İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə sanksiya qərarını dəstəkləmirik.

Diasporpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qərardan narahatlıq bildirilib və gərginliyin artdığı bir vaxtda diplomatik kanalların açıq qalmasının lazımlılığı diqqətə çatdırılıb.

Qeyd edək ki, ötən gün ABŞ Cavad Zərifə sanksiya tətbiqi barədə qərar qəbul edib.
 
Diasporpress.az