Futzal üzrə İkinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək
23 Avqust, 18:35   |    Baxış sayı: 49

Futzal üzrə İkinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək

Futzal üzrə İkinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək.

Diasporpress.az xəbər verir ki, ötən çempionatda da 20 komanda birincilik uğrunda mübarizə aparıb. Amma hazırkı siyahıda debütantlar var.

İkinci Liqada NTD, "Baker Tilly”, "Kaspar”, "Təbriz”, "Borçalı”, "Advokat”, "Star karqo-2”, ASCO Dənizçi, "Emin spor”, "Baku Fire-3”, "Zülfüqar”, "Hövsan”, "Bibi-Heybət”, "Gənclik” İK, "Dalğa”, "Bədr Xocalı”, "Baker Hughes”, "Atletiko Baku”, "Timsport” və "Altay” klubları çıxış edəcəklər.

Qeyd edək ki, İkinci Liqada yeni mövsümün püşkü sentyabrın 4-də Bakı İdman Sarayında atılacaq.
 
Diasporpress.az