Gənclər Fondunun dəstəyi ilə Mingəçevirdə möhtəşəm foto sərgi baş tutub – FOTOLAR+VİDEO
03 Mart, 01:44   |    Baxış sayı: 448

Gənclər Fondunun dəstəyi ilə Mingəçevirdə möhtəşəm foto sərgi baş tutub – FOTOLAR+VİDEO

«Yeni Mingəçevir» – GƏNC FOTOQRAFLARIN GÖZÜ İLƏ – SƏRGİ layihəsi uğurla reallaşıb.

Diasporpress.az xəbər verir ki, 29 fevral 2020-ci il tarixində Mingəçevirli gənc Səddam Abbas Gənclər Fondunun dəstəyi ilə «Yeni Mingəçevir» – GƏNC FOTOQRAFLARIN GÖZÜ İLƏ – SƏRGİ layihəsini uğurla başa vurub. Mingəçevir Gənclər Evində baş tutan tədbirdə 70-ə yaxın yeniyetmə və gənc rəssam-fotoqraflar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə müəllifi Səddam Abbas yaradılmış fürsətdən dolayı Gənclər Fonduna təşəkkür edib və 3 ay ərzində görülən işlərdən danışıb. Sərgidə 70-ə yaxın gənc, yeniyetmə rəssam-fotoqrafların iştirak etdiyini deyən S.Abbas belə tədbirlərin Mingəçevir turizminin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi.

Daha sonra çıxış edən Samrin Xanlayev, Gülnar Şöyübova layihənin mühüm əhəmiyyət kəsb etdiyini və yaradıcı gənclər üçün böyük stimul rolunu oynadığını dedilər.

Sonra layihə iştirakçıları sərgiyə geniş baxış keçirdilər. Kofe-break fasiləsindən sonra fərqlənən rəssam-fotoqraflara sertifikatlar və hədiyyə-suvenirlər təqdim olundu.