Hacı Əliyev dünya çempionatında medalsız qaldı
20 Sentyabr, 12:23   |    Baxış sayı: 113

Hacı Əliyev dünya çempionatında medalsız qaldı

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyev (-65 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya birinciliyində medal qazana bilməyib.

Interpress.az xəbər verir ki, Olimpiya mükafatçımız bürünc medal üçün qatıldığı ikinci təsəlliverici görüşdə yaponiyalı Takuto Otoquroya uduzub – 9:11.

Bununla da Hacı Əliyev dünya çempionatı vasitəsilə Tokio Olimpiadasına vəsiqə qazana bilməyib.