İspaniya sahillərində sutka ərzində 219 mühacir xilas edilib
30 Avqust, 12:49   |    Baxış sayı: 92

İspaniya sahillərində sutka ərzində 219 mühacir xilas edilib

İspaniya sahillərində sutka ərzində 220 nəfərə yaxın qeyri-leqal mühacir xilas edilib.

Diasporpress.az COPE radiostansiyasına istinadla xəbər verir ki, avqustun 28-də xilasetmə xidmətinin iki patrul gəmisi Alboran dənizində (Aralıq dənizi tərkibində ən qərbdə yerləşən dəniz) ümumilikdə 219 mühaciri daşıyan üç qayığı saxlayıb.

Sonradan 142 mühacir Malaqa limanına, 77 nəfər isə Almeriya limanına göndərilib.

Xilas edilən mühacirlərin hamısı Afrika ölkələrinin vətəndaşlarıdır.
 
Diasporpress.az