İtaliya koronavirusdan ölənlərin sayına görə Çini ötüb
20 Mart, 11:23   |    Baxış sayı: 1217

İtaliya koronavirusdan ölənlərin sayına görə Çini ötüb

İtaliyada bu gün ərzində yeni növ koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən 427 nəfər ölüb. Bununla da ölkə ərazisində koronavirusdan ölənlərin sayı 3405 nəfərə çatıb.

 

TASS xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlama verib.

Son məlumatlardan bəlli olur ki, İtaliyada koronavirus nəticəsində ölənlərin sayı Çində eyni səbəbdən qeydə alınmış ölüm hallarını ötüb.

OnlinePress.az