Jurnalist Niyaz Niftiyevin ailəsində ağır itki
01 Aprel, 20:32   |    Baxış sayı: 134

Jurnalist Niyaz Niftiyevin ailəsində ağır itki

Tanınmış jurnalist, "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevə ağır itki üz verib.

 

DiasporPress xəbər verir ki, N.Niftiyevin atası Məhəmmədəli Niftiyev bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, mərhum bu gün yaşadığı Cəlilabad rayonun Təzəkənd kəndində dəfn olunub. Mərhumun üç mərasimi aprelin 3-də, yeddisi isə aprelin 7-də doğulduğu kənddə keçiriləcək.

 

DiasporPress.az media qrupunun rəhbərliyi mərhumun vəfatından kədərləndiklərini bildirir, həmkarımız Niyaz Niftiyevə və yaxınlarına dərin hüznlə bağsağlığı verir.

 

Allah rəhmət eləsin!