11 İyul, 14:02   |    Baxış sayı: 113

"Keşlə" monteneqrolu futbolçu transfer edib

"Keşlə" yay fasiləsindənövbəti transfer reallaşdırıb. 

Diasporpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Miyuşko Bojoviçi heyətinə qatıb. Monteneqrolu müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun "Rudar”, Belçikanın "Sporting Charleroi” və "Waasland-Beveren”, Kiprin "Enosis”, Macarıstanın "Gyirmot və "Ujpest” komandalarında çıxış etmişdir. Müdafiəçi mövqeyində oynayan M.Bojoviçin son klubu "Ujpest” olmuşdur.
 
Diasporpress.az