Koronavirusdan necə qorunaq?
02 Aprel, 21:02   |    Baxış sayı: 573

Koronavirusdan necə qorunaq?

Taclı virus barəsində yazarkən bu dəfə Nadir Şahın möcüz fikri yadıma düşdü: "Tac başa yaraşıq versə də, agıl vermir. Başın tacı agıldlr".
 
Taca sahib olmasaq da, KORONOFOBİYA ilə deyil, ağılla düşünüb hərəkət edək! Qürub çağındakı günəş taçını xatırladan koronaviruslar ailəsinin tipik üzvü olan SARS-CoV-2 virusundan fərqli olaraq zəkamız, şüurumuz, idrakımız ki var.
 
Günümüzlə səsləşən qədim yəhudi prinsipi mövcuddur: "Əvvəlcə qidalanma, sonra tərbiyələndirmə". Düzgün qidalanır, immuniteti dəstəkləyir və axmaq xəbərlərə də fikir vermirlər, çünki "yanlış xəbərlər virusun özü qədər qorxuludur".
Eynən "möhkəm immunitet sağlam orqanizm deməkdir" prinsipnə əməl etməklə "taclı virusdan" güclü olaq!
 
Bu infeksiya hazırda dünyanın 203 ölkəsinə, ərazisinə və 2 beynəlxalq nəqliyyata sirayət edib: Yaponiyanın Yokohama şəhərində yerləşən Brillyant Şahzadəsi və Holland Amerikanın MS Zaandam səyahət gəmisi. Yeganə yoluxmayan ölkə Antraktidadır.
 
Xəstəliyi ciddiliyə almaq, sayıqlığımızı itirməmək, tələb olunan mövcud qaydalara tam riayət etmək şərti ilə immun qabiliyyətimizi zəiflədən KORONAFOBİYA-dan uzaq olaq, axı Ümümdünya Səhiyyə Təşkilatının "Ortaq insanlığımız ortaq düşmənimizin vaksinidir; Ümid qorxunun dərmanıdır; Özünü qorumaq başqalarını qorumağa bərabərdir" və üstəgəl, #evdəhəyatvar kimi PANASEA - xilasedici vasitəmiz var!
 
Bu yerdə vurğulamaq istəyirəm ki, bu günə kimi hər il 650 mindən çox ölümə yol açan qrip və CoVİD-19-un da aid edildiyi diğər kəskin respirator virus infeksiyalarında radikal müalicəni 100% təmin edən antivirus xassəli vasitələr olmasa da, dünya təcrübəsində hələ də patogenetik və simptomatik müalicəyə üstünlük verilir.
 
Sağlam insanların qoruyucu maska taxmağı barəsində fikir müxtəlifliyi mövcuddur ("neçə həkim varsa, bir o qədər də fikir var").
 
Düşünürəm ki, əgər xəstə maska geymirsə, sağlamlar maska taxmağa məcburdurlar, Nəzərə alsaq ki, sıralarımızda yüngül formalı, simptomsuz ayaqüstə gəzən xəstələr ola bilər (kobud səslənməsin, "qanan qanmayana borcludur"). 1 xəstənin isə 700 nəfəri virusla yoluxdura biləcəyi ehtimalı var. Eyni zamanda bizə məlum diğər viruslara nisbətən bu virus ölçücə daha böyük olduğundan adi tibbi maska filtr kimi işlənə bilər.
 
Kölgəlii məqamları çox olan bu yeni infeksiya barəsində hər gün yeni-yeni bilğilər hasil olur. Belə ki, ABŞ epidemioloqları vərəm əleyhinə peyvəndin koronoviris infeksiyasına qarşı ölümcül təsirini öyrənibər və məlum olub ki, peyvənd həyata keçirilməyən ölkələrdə COVID-19-a daha çox insan yoluxub.
 
Məhz bu günlərdə (31.03.2020) koronavirus və SARS virusunun genomunu kəşf edən Çinli alım Corc Qao Avropanın yol verdiyi ən böyük səhvdən danışarkən bu fikri səsləndirib: "Biz heç bir dərman preparatı strategiyasından istifadə etmədik. Çünki, bu virusdan müalicə edən xüsusi dərman və vaksin yoxdur. Biz maskalanmış bir virusla üz-üzə gəldik və bütün xəstələri təcrid etməklə, simptomu olmayanlara maska geydirməklə qalib olduq, bu kənardakılara qəddar görünə bilər. Avropa və ABŞ-ın ən böyük səhvi bundadır ki, insanlar maska taxmırlar (simptomsuz və xəstəliyin gizli dövründə olanlar maska taxsa, virus yayılmaz) və zəif simptomları olan şəxslər evdə müalicə olunurlar".
 
Xəstələrdən respirator aktlar zamanı ətrafa səpələnən damlacıqlar çox ağır olduğu üçün havada 1m-dən uzağa "uça" bilməyərək tez bir zamanda müxtəlif səthlərə düşürlər ki, bu da nəticə etibarı ilə sıx təmasda olan insandan digərinə yayılmasını şərtləndirir.
 
Yoluxmuş şəxs sizin önünüzdə öskürdüyü və ya asqırdığı təqdirdə və ya sizin 3 m-dək məsafəcə yaxınızdadırsa, addımlarınızı yavaşladın, "uçmağa qanadı olmayan" virus hökmən yerə düşəcək. Təxminlərə görə, virusu havada 26-27°t-da yaşamır.
 
Xəstəlik əsasən yüngül, orta ağır və az hallarda isə ölüm riskini artıran ağır gedişli ("ağır gediş ölümə bir işarədir") ola bilər.
 
Əlamətlər: əsasən qızdırma, quru öskürək, boğazda ağrı, təngnəfəslik, yorğunluq, əzələlərdə ağrı, az hallarda isə baş ağrısı, baş gicəllənməsi, qarında ağrı, ürəkbulanma və diareyadır.
 
Xəstəlik 4 klinik formada keçə bilər: 1) soyuqdəymə əlamətləri ilə yüngül gedişli kəskin respirator virus infeksiyası; 2) həyati təhlükəsiz pnevmoniya; 3) kəskin respirator distres sindromla və ya ağ ciyər çatışmazlığı ilə ağır pnevmoniya; 4) infeksiya fonunda sepsis və septiki şok
 
Bu infeksiya ağır gedişdə virusun qısa müddətdə sürətlə ağ ciyər toxumasını zədələyərək pnevmoniyanın inkişafı ilə səciyyələnir ki, bu zaman alveollar boşluğu maye ilə dolur, xəstə nəfəs ala bilmir. Qan ağ ciyərlərdə kifayət qədər oksigenləşə bilmədiyinə görə mərkəzi sinir sistemi oksigensiz qalır ki, bu da cəmi 5-6 dəq. sürür, sonda ağır asfiksiyaya görə çoxsaylı orqan və tənəffüs çatışmazlığı səbəbindən ölüm baş verir.
 
Bir daha unutmayın, çoxlu maye qəbulu, vitaminlərlə və zülallarla zəngin tam dəyərli qidalanma, normal yuxu rejimi, fiziki tərbiyə, əl və respirator gigiyena, tibbi maska, sosial distansiya, özünütəcrid etibarlı qoruyucunuzdur.
 
P.S. Bütövlükdə, infeksion xəstəliklərə həsr olunmuş yazılarım əhaini maarifləndirmək məqsədinə xidmət etdiyinə görə elmi deyil, elmi-kütləvi səciyyə daşıyır.
 
 Elza Orucova
 Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis