Lənkəran və Şamaxı şəhərlərində gənclərə dövlət qulluğunun təşviqi məqsədilə təlimlər keçirilib
02 Dekabr, 15:22   |    Baxış sayı: 54

Lənkəran və Şamaxı şəhərlərində gənclərə dövlət qulluğunun təşviqi məqsədilə təlimlər keçirilib

"Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən "Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində Lənkəran və Şamaxı şəhərlərində 100-dən çox
gəncin iştirakı Ilə təlimlər həyata keçirilmişdir. Təlimlərdə region gənclərinə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, www.dim.gov.az saytından istifadə qaydaları öyrədilmişdir.

Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin təqdimatında baş tutmuş təlimlər gənclərin böyük marağına səbəb olmuşdur. Layihə çərçivəsində nəşr edilmiş dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu da region gənclərinə paylanılmışdır.

4 regionu əhatə edən, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə reallaşan layihə Şamaxı şəhərində keçirilmiş
təlimlə yekunlaşmışdır.