Ölkə

Litvada çətinliyə düşən həmyerlilərimiz Azərbaycana qaytarılacaqlar – Video

Litvada çətinliyə düşən həmyerlilərimiz Azərbaycana qaytarılacaqlar – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fevral ayının 11-dən buradayıq. Bizdə izolyasiya işidir, bir də taxtabəndçi. Bir müddət işlədik. Şirkətlə problemlərimiz yarandı. Ay yarımdır işsizik. İşdən çıxarılandan sonra evdən də çıxarılmışıq. Maddi çətinliyimiz var. Ölkəyə qayıtmaq istəyirik”.

“Qafqazinfo” bildirir ki, bunu fevralın 11-dən Litvada qalan və Azərbaycana dönməkdə çətinlik çəkən həmyerlilərimiz (Elnur Feyziyev, Rəşad Cəfərov, Amil Almazov, İlham Tağıyev, Rəşid Əkbərov və Rəşad Bəbirov) “Vətən uzaqda deyil” proqramında deyiblər.

Bu müraciətdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı açıqlamasında bildirib ki, vətənə qayıtmaqları üçün dövlətimizə müraciət edən həmyerlilərimizin problemi həllini tapıb və onlar mayın 11-də Azərbaycana dönəcəklər.

Öz növbələrində, soydaşlarımız çətin vəziyyətə düşdükləri müddətdə göstərilən köməyə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

blob:https://www.facebook.com/742e62ab-ba3e-4910-bfbb-3c20e65834ad

DiasporPress.az