Maisə Ağamirzəyevanın doğum günüdür-TƏBRİK
16 May, 20:50   |    Baxış sayı: 1547

Maisə Ağamirzəyevanın doğum günüdür-TƏBRİK

Maisə Ağamirzəyeva Niderlandda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında müstəsna xidmətləri var.

DiasporPress.az xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri "Ana vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyevanın (Gündoğdu) doğum günüdür.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Avropada qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədrlərindən biri kimi tanınır.

Maisə Ağamirzəyeva (Gündoğdu) Niderlandda təhsil alan gənclərin koordinasiya olunması, orda yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir.

Maisə xanımın fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Niderlandda Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Avropada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.

Maisə Ağamirzəyeva Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edib.

Bizdə DiasporPress İnformasiya Mərkəzi olaraq Maisə xanımı səmimmi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı ,vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.