Meksikalı pianoçu Xesus Lepeni ölkəmizdə silsilə konsertlərlə çıxış edəcək
28 Avqust, 20:48   |    Baxış sayı: 79

Meksikalı pianoçu Xesus Lepeni ölkəmizdə silsilə konsertlərlə çıxış edəcək

İfa texnikası tamaşaçıları heyran edən meksikalı pianoçu Xesus Lepe Riko yeni əsərlərini pərəstişkarlarına təqdim etmək üçün yenidən Azərbaycana gələcək.

Meksikanın ölkəmizdəki səfirliyindən Diasporpress.az-a bildirilib ki, Azərbaycanın müxtəlif şəhərlərində baş tutacaq konsertlər silsiləsinin məqsədi universal musiqi dili vasitəsilə iki xalqın yaxınlaşmasına və milli mədəniyyət və incəsənətin tanınmasına töhfə verməkdir. Onun ilk konserti sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertdə ifaçı Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların bir neçə əsərini, eyni zamanda Kastro və Belisario kimi tanınmış meksikalı bəstəkarlarının bəzi əsərlərini səsləndirəcək. Sentyabrın 6-da Xesus Lepe Qəbələ Mədəniyyət Mərkəzində, sentyabrın 11-də isə Sumqayıt şəhərində çıxış edəcək.

Meksikalı pianoçunun təqdimatı Meksikanın Azərbaycandakı səfirliyi və İnkişaf üçün Beynəlxalq Əməkdaşlığa dair Meksika Agentliyi ilə Landmark oteli və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı əsasında həyata keçiriləcək.
 
Diasporpress.az