Ölkə

Milli Məclisdə çıxış əvəzi- Sabir Rüstəmxanlının yazısı

Dünyanı bürüyən qlobal fəlakət, koronavirus pandemiyası Azərbaycan Respublikasından da yan keçmədi və təəssüf ki, bu şəraitdə Milli Məclisin ilk yığıncaqlarında söz demək imkanımız da məhdudlaşdı.

Milli Məclisdə çıxış əvəzi- Sabir Rüstəmxanlının yazısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanı bürüyən qlobal fəlakət, koronavirus pandemiyası Azərbaycan Respublikasından da yan keçmədi və təəssüf ki, bu şəraitdə Milli Məclisin ilk yığıncaqlarında söz demək imkanımız da məhdudlaşdı.

Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması ilk növbədə Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin açılış yığıncağındaki əhatəli çıxışı və Milli Məclis rəhbərliyindəki dəyişikliklərlə əlamətdardır. Həmin çıxış və MM- in idarəçiliyinə yeni yanaşma ölkə başçısinin islahatlar xəttinin ardıcıl olacağının təsdiqidir. Bu islahatlar siyasi həyatımızada da davam etdirilmiş, ölkə parlamentinin rəhbərliyində ilk dəfə müxalifət partiyalarının təmsil olunmasına şərait yaradılmış, siyasi müxalifətin millət vəkilləri Milli Məclisin Komitə sədri və ya Komitə sədrinin müavinləri seçilmişlər. Özəlliklə bizim Vətəndş Həmrəyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimlinin MM sədinin müavini seçilməsi bütün partiya üzvlərini və dostlarımızı ürəkdən sevindirmiş və cəmiyyət tərəfindən rəğbətlə qarşılanmışdır…

Bununla yanaşı Prezident Administasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və müxalifət partiyalarının liderləri ilə görüşlərin keçirilməsi də ölkədə demokratiyanın inkişafı, davamlı dialoq və qarşılıqlı anlaşma mühitinin yaradılması, millət vəkillərinin seçicilərlə səmərəli işləməsinə şərait yaradılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilməlidir… Ölkəmizin gələcəyi, ölkə daxilində sabitliyin qorunması, vətəndaş həmrəyliyinin gücləndirilməsi baxımından bu son dərəcə dəyərli addımlara görə respublikamızın prezidenti cənab İlham Əıiyevə minnətdarlıq bildirməyi özümə borc hesab edirəm…

Milli Məclisə seçildiyim Neftçala rayonun təbii şəraiti və potensialı bu rayonu qısa müddətdə ən inkişaf etmiş bölgələrimizdən birinə çevirmək, problemlemlərini həll etmək imkanı verir. Bu barədə seçicilərimə verdiyim bütün vədləri yerinə yetirmək, hakimiyyət orqanlarının diqqətini bu işə cəlb etmək vəzifəmizdir.. Lakin indi hakimiyyətin əsas qayğısı ölkəmizi koronavirus faciəsindən daha az itkiylə çıxarmaqdır. Virusun yayıımaması və əhalinin qorunması baxımından Azərbaycanın bir sira inkişaf etmiş ölkələrdən daha irəlidədir və bunun bir səbəbi də vaxtında lazımlı ehtiyat işlərinin və qabaqlayıcı tədbirlərin görülməsidir.

Dünyanın böyük dövlətlərinin gizli savaş aləti olan bu xəstəliyin yayılma dinamikası, təsirli müalicə vasitələrinin tapılmaması ümumi bir vahimə yaratmışdır, proseslərin nə ilə nəticələyini demək çətindir. Xalqımızı qorumaq, bu bəladan az itkiylə çıxmaq ümumi səfərbərlik, milli birlik və hər bir vətəndaşın məsələyə son dərəcə məsuliyyətlə yanaşmasını tələb edir. Eyni zamanda, hakimiyyət orqanları ehtiyacı olan heç bir ailəni, qocaları, anaları, yalqız, köməksiz insanları diqqətdən kənarda qoymamalı, yardımlaşma, sosial müdafiə prosesində diqqətli və vicdanlı oımali, öz məsuliyyətlərini yaddan çıxarmamalıdırlar.

Bu qlobal fəlakətə fürsət kimi baxmaq, xalqın düşdüyü çətinliyi siyasi möhtəkirlik vasitəsinə çevirmək olmaz və bu, heç kimə başıucalıq gətirməz. Bu gün bütün incikliklər, fikir ayrılığı, iqtidar müxalifət söhbətləri arxa plana atılmalı, ölkədə ümumi bir dirəniş, barış havası və vətəndaş sevgisi hökm sürməlidir. Bunun da yeganə yolu siyasi, iqtisadi, hüquqi və sosial ədalətdən keçir. Biz bu əqidə ilə, ölkəmizin ümumu mənafeyi naminə ölkə başçısının əhaliyə və məmurlara çağırışlarını dəstəkləyirik! Bu ovqat bizim gələcək üçün bəslədiyimiz bütün ümid və arzularımıza da möhkəm təməl ola bilər.

Milli birlik, bərabərlik istəyi vəzifə kölgəsində riyakarlıqla daldalanan, varlıqları-yoxluqları bilinməyən, ancaq öz mənafelərini düşünən bəzi məmurların başının altına yastıq qoymamalıdır, bir virus digər virusu məsuliyyətdən yayındıra bilməz!

İnanıram ki, dövlətimizin imkanları və xalqımızın vəziyyətə düzgün, məsuliyyətlə yanaşması nəticəsində tezliklə bu fəlakətdən xilas olacağıq.
Allah Azərbaycanımızı və millətimizi qorusun.

Sabir Rüstəmxanlı
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri