Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri Dövlət Komitəsində olub
30 Noyabr, 23:25   |    Baxış sayı: 37

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri Dövlət Komitəsində olub

Diaspopress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) regional meneceri Violeta Vaqner və həmin təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə layihə rəhbəri Səltənət Məmmədovanı qəbul edib.

Komitə sədri qonaqlara dünyada yaşayan azərbaycanlılarla bağlı məlumat verib və Komitənin son illər gördüyü işləri onların diqqətinə çatdırıb. O, bildirib ki, hazırda Komitə Azərbaycan diasporunun mükəmməl informasiya bankını formalaşdırır, onlarla sistemli əlaqə qurur, milli kimliklərini qorumaq üçün irimiqyaslı layihələr reallaşdırır. Miqrasiya, o cümlədən dünyadakı mobillik probleminin azərbaycanlıların həyatına təsiri ilə bağlı ciddi araşdırmalar aparır. Dövlət Komitəsinin sədri görülən işlərlə yanaşı, mövcud problemləri də diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən Violeta Vaqner bu gün dünyada miqrasiya edən şəxslərlə iş prinsiplərindən, təmsil etdiyi mərkəzin yerli və beynəlxalq layihələrindən ətraflı danışıb, bu layihələrin maraq doğuran tərəflərini xüsusi olaraq diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

 

Diasporpress.az