Monrealda yeni diaspor təşkilatı yaradılıb
14 Avqust, 11:07   |    Baxış sayı: 105

Monrealda yeni diaspor təşkilatı yaradılıb

Kanadanın Kvebek əyalətinin Monreal (Montreal) şəhərində yeni diaspor təşkilatı – "Monreal Kanada-Azərbaycan Cəmiyyəti” (The Azerbaijani Society of Canada in Montreal) yaradılıb.

Diasporpress.az xəbər verir ki, Monrealda yaşayan həmvətənlərimizi öz sıralarında birləşdirən bu təşkilat artıq Kanada qanunlarına uyğun olaraq rəsmi qeydiyyatdan keçib. Yeni təşkilatın yaradılmasında məqsəd Kvebek əyalətinin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycan mədəniyyətini və tarixini, milli-mənəvi dəyərlərimizi yerli əhali arasında təbliğ və təşviq etmək, onların diqqətini ölkəmizin keçdiyi yola və inkişafına cəlb etməkdir.

Soydaşlarımızın qərarı ilə təşkilatın təsisçisi Rəna Müslümova həm də onun ilk sədri seçilib. Qeyd edək ki, R.Müslümova uzun illərdir milli adət-ənənələrimizin Kanadada keçirilən müxtəlif tədbir və festivallarında təbliğilə məşğul olur.
 
Diasporpress.az