Neftçalada tərəvəz sahələrindən 843 tondan çox məhsul yığılıb
14 Avqust, 19:19   |    Baxış sayı: 132

Neftçalada tərəvəz sahələrindən 843 tondan çox məhsul yığılıb

Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 136,3 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən Diasporpress.az-a bildiriblər ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər sahələrdə yetişmiş məhsulun yığımını aparır və bu günədək 85,2 hektardan 843,4 ton tərəvəz tədarük edilib. Yığılmış məhsulun 263,5 tonu xiyar, 212,4 tonu pomidor, 77 tonu sarımsaq, 6,9 tonu soğan, 162,7 tonu badımcan, 97,9 tonu bibər, 23 tonu isə digər tərəvəzdir. Əkinçilər yığdıqları məhsulu Bakı və digər iri şəhərlərin bazar və ticarət şəbəkələrinə göndərirlər.

Rayonda tərəvəz yığımı davam edir.
 
Diasporpress.az