Neftin qiyməti 43 dolları keçdi
23 İyun, 10:44   |    Baxış sayı: 16861

Neftin qiyməti 43 dolları keçdi

Dünya bazarında neftin qiyməti artıb.

"OilExp” xəbər verir ki, WTI markalı neftin iyul fyuçersləri 1,91 faiz yüksələrək, bir barel üçün 40,46 dollar təşkil edib.

"Brent” markalı neftin avqust fyuçersləri 1,94 faiz bahalaşaraq, bir bareli 43,01 dollara satılıb.

Beləliklə, "qara qızıl”ın qiyməti mart-aprel aylarında qeydə alınmış göstəricilərlə müqayisədə, təxminən 140 faiz yüksəlib.

Xatırladaq ki, həmin vaxt "Brent” markalı neftin qiyməti 20 dollardan aşağı düşmüşdü.