Niderlandın NextGen Futbol Akademiyasının üzvləri
05 Sentyabr, 15:51   |    Baxış sayı: 2623

Niderlandın NextGen Futbol Akademiyasının üzvləri "Qarabağ"ı ziyarət ediblər

Sentyabrın 4-də Niderlandın NextGen Futbol Akademiyasının üzvləri Rotterdamda fəaliyyət göstərən "Qarabağ" İdman Klubunun ofisini ziyarət etdilər. Qonaqlara "Qarabağ" İdman Klubu haqqında ətraflı məlumat verildi.

"Qarabağ" İdman Klubundan bildirilib ki, görüş zamanı qeyd olundu ki, gələcəkdə NextGen Futbol Akademiyaslyla Rotterdamdakı "Qarabağ" İdman Klubu bərabər fəaliyyət göstərəcəklər.

Akademiyanın rəhbəri Caner Yalamoglu bildirdi ki, Akademiyada əsasən 6 yaşdan 15 yaşa qədər idmancılar dərs ala bilərlər. Burada məşq edən idmancıların bir coxları Niderlandın Feyenoord, Sparta, Psv, Excelsior kimi böyük futbol klublarında oynayırlar.

Niderlandın NextGen Futbol Akademiyasının üzvləri


Akademiyanın yöneticilerinden biri Yassine Belghar,qeyd etdi ki, NextGen Akademiyası cox məmnuniyyətlə Qarabag İdman Klubu ilə əməkdaşlıq etmək istəyirlər.Azərbaycanlı idmancılara hər cür texniki və taktiki dərslər verərək dəstək olacaqlar.

Akdemiyanın baş məşqcisi Lukas Kok isə bildirdi ki,hal hazırda "Qarabag" İdman Klubunuda 6-11 yaş arası idmancılarının arasında cox qabiliyyətli azərbaycanlı idmancılar var. Onların 3-4 il ərzində cox böyük nailiyyətlər qazanacaqlarına hec bir şübhəsi yoxdur.

Beniluks Azərbaycanlıları Konqresinin sədri, "Qarabağ" İdman Klubunun rəhbəri Elsevər Məmmədov qeyd etdi ki, artıq Azərbaycanlı idmancılar cox rahat şəkildə bu akdemiyada məşq edə biləcəklər:

"Klubumuz Qarabağ adını təblig etməklə yanaşı, Azərbaycanlı gənclərədə düzgün istiqamət verməyədə çalışır. Biz calışırıq ki, bu cür Akademiyalarla və klublarla əməkdaşlıgımızı dahada dərinləşdirək.

Niderlandın NextGen Futbol Akademiyasının üzvləri


Qonaqlar Klubumuza NextGen Akademiyasının futbol formasını hədiyə etdilər. Biz də qarşılıqlı olaraq gələn qonaqlarımıza "Qarabağ" Klubu adından, Azərbaycanı təsvir edən hədiyyələr bagışladıq".

 

 

Diasporpress.az